Oğlum Əhməd Tofiqə vəsiyyətim
Görünüş
Oğlum Əhməd Tofiqə vəsiyyətim Müəllif: Səməd Mənsur |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,
Hüquqa malik olur millət, gülür vətənim.
Hüquq-hüquq nə gözəl şey! Yetişməz isə əlim,
Mən ölmüş olsam, unutma hüquqa həsrətimi,
Qızıl qüyuddə mənən çəkən əziyyetimi.
O gün məzanma qoş! Sanma bir ovuc xakəm
O gün vürudunu gözlər o xaki-qəmnakim.
Qoşub məzarıma ver Əhmədim, bəşarətini
Duyar qubarım inan giryeyi-səadətini.