Oğul

Vikimənbə saytından
Jump to navigation Jump to search
Oğul
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Övlədə yükün tütüldi.
Hayıf ki, belim büküldi.
Didalın yoli tokuldi,
Dəryalara gedən oğul.
Bəni candan edən oğul.

Yollara furcun düzüldi,
Vay nə edəm bağrım əzildi,
Ayrilux haqdan yazıldi,
Dəryalara gedən oğul,
Bəni candan edən oğul.

Gediyer qaç neçə tənəsi,
Məlül məxsuldur anası,
Dört qardaşın bir tənəsi,
Dəryalara gedən oğul,
Bəni candan edən oğul.

Kurban olem gözəl saçli,
Yurəgimə çəkdurmə cəhri,
Kafir əlindən içmiş zəhri,
Dəryalara gedən oğul,
Bəni candan edən oğul.