Məzmuna keç

O, bir gün mütləq gələcək, naz-niyazım

Vikimənbə saytından
O, bir gün mütləq gələcək, naz-niyazım (1998)
Müəllif: RAUF CAVAD

Sən mənim gül Baharım, sevgili Yazım,
Gəl gülüm Gülşən, sən mənə mütləq lazım.

Könlümə düşüb qırmızı sevgi nazın,
Mənə lazım məhəbəti qəlbə yazım.

Sənsiz neynərəm, bu baharı, bu yazı,
Bülbül oxur çəməndə, gül mənim nazım.
 
Ürəyim döyünür, hal Sənsizlik yazır,
Qəlbin teli sızlayır, gəl-gör Gülnazım.

Çəkərəm surətini gözlərim üstdə,
Nazın yandırır həsrətimi çimnazım.

Yazaram ismini yanan ürək üstdə,
Yansın qəlbdə eşq, oyansın ehtirazım.

Gəl et mənə işvə-naz, ey sevgili Naz,
İncə baxışın yanığlıdır simnazım.

Sevərəm nazını, olar bahar, Sən yaz,
Yandır sinəmi yar, sən nəfs Sehirbazım.

Qış gedəcək, gələcək sevgi Baharım,
Bülbül gülün Aşiqi, səsi avazım.

Nə Zaman gələcək, O, nur üzlü Zöhrəm,
Oxuyar nəğmə bağçada Qəmli sazım.

Həsrət də tükədir, Yar, bu dəli canı,
Gəl gör ki, dərd əriyər, axar arazım.

Harda qaldı Rauf, O, sevgili Canım.
O, bir gün mütləq gələcək, naz-niyazım!