O daşa

Vikimənbə saytından
O daşa
Müəllif: Şair Ağacan

Əzəl Allah, Məhəmməd, Əli,
Beş kimsələr həkk olunub o daşa.
Naşı sərraf bilməz onun qiymətin,
Arif olan qiymət qoyar o daşa.

Mərd igidin mən olaram qurbanı,
Verə urfanı, kəsə qurbanı.
Urafələr bir yol kəsər qurbanı,
İslam olan üzün sürtər o daşa.

Yazıq Ağacanam bağrı yaralı,
Xeyli qəmzə bağrım başı yaralı.
Kamandarsan yaxşı gözlə baranı,
Kəlləsindən təkərlənmiş o daşa.