O gözəldi, bu gözəl
Görünüş
O gözəldi, bu gözəl Müəllif: Aşıq Əsəd |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.379; ISBN 978-9952-571-42-4 |
Nagah yerdən üç gözələ tuş oldum,
Biləmmədim, o gözəldi, bu gözəl.
Camalları bənzər bayram ayına,
Seçən yoxdu, o gözəldi, bu gözəl.
Birisi sultandı, əyləşib taxtda,
Biri kəşt eyləyir kefdə,damaqda.
Birinin gözləri canlar almaqda,
Seçəmmədim, o gözəldi, bu gözəl.
Əsəd girməz hər məclisə, hər toya,
Zəhməti, zilləti getməsin zaya.
Sərraflar yığışıb qiymətin qoya,
Qoy desinlər, o gözəldi, bu gözəl.