O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım
Görünüş
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım Müəllif: Əbülfət xan Tuti |
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,
Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum,
Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım.
Məna şümşad sərvi, bağban, ərz etmə kim hərgiz,
Yoxumdur meyli-gülşən qaməti-tubadan ayrıldım.
Nolur şamü səhər ney tək sızıldar sineyi-zarim,
Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım.
Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim,
Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.