Məzmuna keç

O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı

Vikimənbə saytından
O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.39-40.

O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,
O kim əvan olur şər'i-nəbiullah göftarı.
Zehi şahi-cahanarayi-adil, mürşidi-kamil,
Münasibdür süluki-qürbi-həqqə cəm'i-ətvarı.
Olur ə'davü istedaddin etmək rüb'i-məskunum,
Sayılsa qətreyi-baranivü övraqi-əşcarı.
Cəhanarayi-təxti günbədi-əflak bünyadı,
Nişatəfzayi-təxti bünyeyi-islam memarı.
Şəha, sən xabgahi-kamə salgil məsnədi-işrət
Kim, etdi çərx dərgahində hadis bəxt bidarı.
Yetişdi ol yerə ədlin ki, rəsmi-istiqamətdə,
Özinə tabe eylər istəsə çərxi-sitəmkarı.
Cəhanda küfr zülmün sən yox etdün, varmış derlər,
Sənin dövründə möhkəm küfri-islamın yox dəvvarı.
Üqabi-tizpərdin özgəsidə eyləməz rəğbət,
Himayət eyləsə səyyad əmrin kəbki-kühsarı.
Səhih irmasdur Əflatun hədisi bu bir ayindir,
Sənin şanında etmiş dəxi nazil elmi-ədvarı.
Hicabliqdin pərdeyi-xiclətdə qalmışdı,
Çıxardı pərdə şəxsi-halın bikri-əşarı.
Elə xar elədi təb'i-kərəmin simü zər cinsin
Ki, mərdudi-təbaye etdi dirhəm birlə dinarı.
Degilsə sən bilən şər'i-nəbi ehkaminə qabil,
Olur zöhd əhlinin boynundakı təsbihi-zünnarı.
Əzəldən gər işarət olsaydı təb'i-fəyyazın,
Çəkərdi bir söz ilə sərhəd ara əmri-küffarı.
Şəha, şəfqət şüara sahiba dərdi-dili çoxdur,
Nə izhar eyləyim, yaxşı degil dərdi-dil izharı.
Fələk kim, rəsmi-fitridür, ona tigi-cəfa birlə.
Müdam azürdəxatir etmək üşşaqi-diləfkarı.
Məni sərgəştəlikdən hərgiz idbar sanmışdı,
Xəti-rahət çadırdı çevrəmə iqbal pərgarı.
Sana gəldüm dili-bitaqət bir arzu birlə
Ki, varsan binəvalər sərvəri, əhli-hünərbarı.
Qərəz, tuli-məkan, qibleyi-məqsudum sənsən,
Degildür haşallah, Sadiqi dünya pərəstarı.