O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdim
Görünüş
O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdim Müəllif: Xurşudbanu Natəvan |
Xurşidbanu Natəvan. O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim |
O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.
Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Gözün mərdümləri sərməst olub tökmək dilər qanı
Düzübdür hər tərəf peykan əcəb xunxara bənzətdim,
Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər.
Düşən gül üstə damə əndəli-zarə bənzətdim.
Tutub kəc gərdənin hər ləhzə olmuş məhvi-nəzzarə,
Yar ardınca baxan bir aşiqi-naçara bənzətdim.
Görüb tərfi-binaguşunda cin-cin zulfi-mişkini,
O gənci-şayəgan üstə yatan şahmara bənzətdim.
Der idin: kim, nədəndir Qeys olub divaneyi-aləm?
Cünun sərriştəsi ol turreyi-tərrarə bənzətdim.
Cəfayi-dəhrdən gördüm edərdi şəkvə bir müztər
Səsindən Natəvani-bidilü əfkarə bənzətdim.