Məzmuna keç

O pak insanı mədh etdim, İraqda şanlı sultandır

Vikimənbə saytından
O pak insanı mədh etdim, İraqda şanlı sultandır
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

O pak insanı mədh etdim, İraqda şanlı sultandır,
Bu mədhim sehri-Babildir, İraq əhlinə şayandır.
Kəlamı qüdrətindən titrədi dünyanın ərkanı,
İlan ovsunçunu çaldı, boyu sərvi-xuramandır.
İraqın şahı paklıqda nümunə olmuş hər xalqa.
Belə bir adəmə düşmən demək, əlbəttə, nöqsandır
Odur, din bayrağım qaldıran əzm ilə aləmdə,
Həyat durduqca dünyada o bir layiqli insandır!