Odu yer, göy sığınar sayəsinə

Vikimənbə saytından
Odu yer, göy sığınar sayəsinə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 46

Odu yer, göy sığınar sayəsinə,
Ənbiya rəşk aparar payəsinə.
Əlidir sirri-səmavatə bələd,
Zəbura, İncilə, Tövratə bələd.
Həl-Əta surəsi şənində nüzul,
Əlidir ruhi-Bətul, cani-Rəsul.
Əlinin beyti-Xudadır beşiyi,
Mələkut əhlinə vacib keşiyi.
Odu məzlumların Haqqın qoruyan,
Odu zalimlərə meydan oxuyan.
Odu hər cəngidə aslanlıq edən,
Odu sultanlara sultanlıq edən.
Kimdə var zərrə qədər eşqi-Əli,
Pakdır mayəsi, düzdür təməli.
Odu zikriylə tapar ruh səfa,
Odu eşqindən alar feyz ürəfa.
Odu varlıq göyünün xurşidi,
Odu eşq aləminin mürşidi.
Odu peyğəmbəri-dinin canı,
Elm dəryası, fəzilət kanı.
Gah bir qətrədi, dərya boyda,
Gah bir nöqtədi, dünya boyda.
Tut, Vüqar, daməni-şahənşahi,
Tapasan, bəlkə, hidayət rahi.