Ol Çələbün eşqi bənüm bağrumı baş eylədi
Görünüş
Ol Çələbün eşqi bənüm bağrumı baş eylədi Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Ol Çələbün eşqi bənüm bağrumı baş eylədi,
Aldı bənüm könlümi, sirrümi faş eylədi.
Hərgiz getməz könüldən, hiç əksük olmaz dildən,
Çələb kəndü nurrnı gözümə tuş eylədi.
Can gözi anı gördi, dil andan xəbər verdi,
Can içində oturdı, könlümi ərş eylədi.
Bir qədəh sundı cana, can içdi qana-qana,
Tolu gəldi peymanə, canı sərxoş eylədi.
Əsrük oldı canumuz, dürr dökər lisanumuz,
Ol Çələbümün eşqi beni sərxoş eylədi.
Bən qaçan dərviş olam, ta ki ana eş olam,
Yüz bin bənüm kibiyi eşq xirqepuş eylədi.
Yunus imdi avunur, dostı gördi sevinür,
Ərənlər məhfılində eşqə cünbüş eylədi.