Ol can qaçan öliser sən ana can olasın

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ol can qaçan öliser sən ana can olasın
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

01 can qaçan öliser sən ana can olasın,
Ölmiş könül dirilə, anda ki sən olasın.

ölməklik dirlik ola, ölümsüz dirlik bula,
Ölmiş könül dirilə, şunda ki sən olasm.

Sən olduğun könüllər hər dəm canın yenilər,
Güc olmaz ol divanda hakimi sən olasın.

Can bədəndən uçıcaq mənzilinə köçicek,
Ol cəhana keçicək gözə əyan olasın.

Tozmı yel almaya, bir zərrə ayrılmaya,
Aşiq canı ölməyə mə’şuqi sən olasın.

Yunus, sən aşiq isən, eşqə müvafiq isən,
Qorqma gər aşiq isən, nə olursan olasm.