Məzmuna keç

Ol gedǝn yarımmıdır, ya ixtiyarımdır gedir

Vikimənbə saytından
Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir
Müəllif: Şah İsmayıl Xətai



Ol gedǝn yarımmıdır, ya ixtiyarımdır gedir,
Bilmǝzǝm canımmıdır, ya suvlu yarımdır gedir.

Tǝndǝ canım qalmadı, anunla olmuşdur rǝvan,
Ol mǝnim ruhi-rǝvanım, ya nigarımdır gedir.

Canım andan ayrı tǝndǝ, bir dǝm ǝylǝnmǝz mǝnim,
Ğǝm mǝni eylǝr hǝlak, ol qǝmküsarımdır gedir.

Qalmadı heç karü bari bu Xǝtai xǝstǝnin,
Anın ilǝ karü barım hǝr nə varımdır gedir.