Ol kəs ki, məni öldidi, indi beylə getdi
Görünüş
Ol kəs ki, məni öldidi, indi beylə getdi Müəllif: Həsənəli xan Qaradaği |
Ol kəs ki, məni öldidi, indi beylə getdi,
Qan ilə xizab əlləri, şəmşir ilə getdi.
Başdən əyağə qan ilə qanlum olub əlvan,
Quyman gözimə dəgdi bu könlim gilə getdi.
Hicrində nigarın bu qədər zarıdım, axır
Əşkim götürüb verdi vücudim selə, getdi.
Can nəqdi ki, sərmayədi imkani-vücudə
Əldən çıxarub zülfinə verdim yelə getdi.
İmanə dəxi qalmadı fəxrin, Qəradaği,
Küfr aldı əlindən bunı də, bir telə getdi.