Ol mişkbu qəzalə ixlasım eylə vazeh
Görünüş
Ol mişkbu qəzalə ixlasım eylə vazeh Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.91. |
Ol mişkbu qəzalə ixlasım eylə vazeh,
Bəlliğ, səba, səlamən miskiyyətər-rəvayeh.
Olğac həbibə vasil, bizdən həm olma qafil,
Latəqtəir-rəsail, latəktəmis-sərayeh2.
Yüzdə sirişk qani, söylər qəmi-nihani,
Qəd təzhərül-mə’ani bil-xətti fil ləvayeh.
Mən mübtəlayi-hicran, məndən iraq canan.
Vəl-ömrü keyfə ma kan mislür-riyahi rayeh.
Eşqin, Füzuliyi-zar, tərk etmək oldu düşvar
Ya arifən bima sar, la tüksirin-nəsayeh5