Ol pǝripeykǝr ki, çeşmimdǝn nihan olmuş durur

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur
Müəllif: Şah İsmayıl Xətai



Ol pǝripeykǝr ki, çeşmimdǝn nihan olmuş durur,
Baqi ömrüm olsun, ol cismimdǝ can olmuş durur.

Ya rǝb, ol gözlǝr nǝ bağın nǝrgizi-şǝhlasıdır,
Kim, qǝmindǝn cismü canım natǝvan olmuş durur.

Eylǝ kim, bülbül yeri gülşǝndir, ey gülyüzlü yar,
Könlümǝ kuyin mǝqamı gülsitan olmuş durur.

Onca çǝkdim möhnǝti-hicrin ğǝmin, ey bivǝfa,
Cövri-eşqindǝn vücudim natǝvan olmuş durur.

Ta Xǝtai gördi ol hüsni-cǝmalın, ey günǝş,
Gör necǝ alǝm dilindǝ dasitan olmuş durur.