Ol pərivəş kim, məlahət mülkünün sultanıdır
Jump to navigation
Jump to search
Ol pərivəş kim, məlahət mülkünün sultanıdır Müəllif: Məhəmməd Füzuli |
Ol pərivəş kim, məlamət mülkünün sultanıdır,
Hökm onun hökmüdür, fərman onun fərmanıdır.
Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.
Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan,
Qətrə-qətrə göz tökən sanmın sirişkim qanıdır.
Çakilər cismimdə tiği-eşqdən, eyb etməyiz
Kim, cünun gülzarının bunlar güli-xəndanıdır.
Ey Füzuli, ola kim rəhm edə yar əfğanına,
Ağlagil zar, onca kim zar ağlamaq imkanıdır.