Məzmuna keç

Ola (Çoban Məhəmməd)

Vikimənbə saytından
Ola (Çoban Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 39

Şuranın qanunu bir doğru yoldur,
İş başında olan gərək düz ola.
Qohumnan qırağa bir fərq qoymaya,
Qohuma iki əlli, yada yüz ola.

Sən korpətivçisən, mən kasıb kəndçi,
Səmədi göndərim sana minnətçi.
Qorxuram ki, gələ çox məzəmmətçi,
Aramızda uzun-gödək söz ola.

Bilmirsən, ərz edim, olgınan halı:
Dünyada qalacaq dünyanın malı.
İstəmə ki, Məhəmmədnən Möhbalı
Bir meşokdan ötrü üzbəüz ola.