Ola (Aşıq Hüseyn Bozalqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ola Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Könül sevdi gözəllərin xasını,
Qasidin əlində naməlum ola.
Qarşıda naməlum,
Hicran çəkdim naməlum,
Rəqib evin yıxılsın,
Yurdun olsun naməlum.
Bir eyvan otaqda sürəm səfasın,
Ağ tər sinəsində nəm əlim ola.
Yaxşı olar gözəllərin halalı,
Qəvvas çəkər dəryalardan ha ləli.
Qarşıda halalı,
Sirr ver, görsən halalı.
Gözəlin bivəfası
Axır canın hal alı.
Sən də çalış, haqdan dilə halalı,
Haramdan dövlətim, nə malım ola.
Aşıq Hüseyn, dərdin yetər bir yüzə,
Canan gəlsə canım verrəm bir üzə;
Qarşıda bir üzə,
Ördək göldə bir üzə,
Bağban, yad qoyma bağa,
Bir sındıra, bir üzə.
Nütfədən qarışan verər büruzə,
Nə fitnəsi kəsər, nə məlum ola.