Ola (Molla Pənah Vaqif)
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Ola Müəllif: Molla Pənah Vaqif |
Xublar arığından yarımaq olmaz,
İyidin həmdəmi gərək çağ ola.
Bəstə boylu gərək, mina gərdənli,
Zülfü siyah, var əndamı ağ ola.
Döşün açıb əl dəyəndə yaxaya,
Ağ gülün bağrına peykan toxuya.
Bədənindən müşki ənbər qoxuya,
Zülyü gərdənində bir qucaq ola.
Bir mayabud gərək, baldırı yoğun,
Sərasər ət basa dizin, topuğun.
Əl vuranda dura buğumbabuğum,
Titrəyə, quyruqdan çox yumşaq ola.
Hayası üzündə, əqli başında,
Öldürə Vaqivi gözü-qaşında.
Ya on üç, ya on dörd, on beş yaşında,
Nə ondan böyükrək, nə uşaq ola…