Ola (qoşma, Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ola (qoşma, Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Hər yetənə yar deyib, yar arama,
Yar axtar ki, ömür boyu yar ola.
Çətin gündə, yaman gündə, xoş gündə,
Həmdəm ola, sirdaş ola, var ola.
Can deyəsən, can eşidə, can deyə,
Məhəl qoya qohum ilə özgəyə.
Qarışmaya hər qovğaya, hər küyə,
İnsanlıq dilində müdam car ola.
Məmmədhüseynin ömrü yetib yarıya,
Söhbət salmaz bəd əməli arıya.
Gözəl-göyçək zülfün çəkib darıya,
Əzgin gəzmək, pinti gəzmək ar ola.