Olacaqsan (Cəlil Məmmədquluzadə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olacaqsan (Cəlil Məmmədquluzadə)
Müəllif: Cəlil Məmmədquluzadə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Mən eylə bilirdim kı, mənə yar olacaqsan,
Aləmdə məne yari-vəfadar olacaqsan,
Mən eylə xeyal etmiş idim, ah, bəradər!
İranda ölän qəmlətə qəmxar olacaqsan.
Dərdi-dilimi annämayıb zərrəcə, axır
Məndən, nə bilim ki, belə bizar olacaqsan.
Biçaıə vətən tarü qaranlıqda qalanda,
Əğyäfä gedib şəmi-şəbi tar olacaqsan.
Soz verməz idim mən sənə, ey dusti-dilazar,
Bilsəydim əger böyle dilazar olacaqsan.
Sərməsti-meyü mütribü tiryakisan indi,
Bir vaxt ayılıb axın huşyar olacaqsan
Meğrurisən indi, xəbərin yoxdur özündən,
Əlden vetənin getsə, xəbərdar olacaqsan.
Xar eylədi qəflet səni əğyar yanında,
Yatdıqca bu qəfletdə yenə xar olacaqsan.