Olar inqilab
Görünüş
Olar inqilab Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Başına döndüyüm alagöz Pәri,
Bundan belә alәm olar inqilab!
Bir mәrhәmәt qılıb, bir ehsan eylә,
Sevgilim, üzündәn at indi niqab.
Bağçamızda bitәn narıncı gül bu,
Axar gözlәrimdәn qәtrә-qәtrә su,
Canı yanmış bağban, layiqdimi bu,
Necә fәrәhlәnir gül üstә qürab?!
Gözәllәr içindә sәn ki әlasan,
Aynalar düzdürdün xәttü xala sәn,
İstәsәn ki, canı mәndәn alasan,
Qurbani dә çәkәr daim әl-әzab.