Olarmı (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olarmı (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Müjganı ox, qaşı kaman,
Belə incə bel olarmı?
Yupyumuru şəkər dahan,
Belə şirin dil olarmı?
Tələ qurdu düşdüm tora,
Peykanından aldım yara.
Geyinibdi ipək-xara,
Belə novrəs gül olarmı?
Məmmədhüseynin vəfadarı,
Xoş nəfəsli bir baharı.
Sənin kimi gözəl yarı,
Heç sevməyən el olarmı?