Olarmı (Uğurluoğlu Cəfər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olarmı Müəllif: Uğurluoğlu Cəfər |
Bulaq üstə duran gözəl,
Bəri baxsan qan olarmı?
Düşmüşəm dərmansız dərdə,
Dərdimə dərman olarmı?
Nə hürüdü, nə pəridi,
Baxanda cismim əridi.
Behişt gözəlinin biridi,
Belə də insan olarmı?
Cəfər, keçər cavan çağlar,
Dörd yanda qəmli dustaqlar.
Səni görüb qəlbim ağlar,
Görüşə güman olarmı?