Olaydı (Koroğlu)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olaydı
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Mindim Qıratın belinə,
Kaş ki duşmən yüz olaydı
Dəlilər sağu solumda.
Mənlə üzbəuz olaydı.

Mindim atı gəzdirməyə,
Düşmən bağrın əzdirməyə,
Dona çayın üzdurməyə,
Qırat bir qəvvas olaydı.

Koroğlu istər xəraçı,
Paşalar versinlər bacı,
Çəkəydim Misri qılınçı;
Dərə, təpə düz olaydı.