Olaydı (qoşma, Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olaydı (qoşma, Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Yuxuda gördüyüm, nolaydı, birdən,
Gözümün önündə aşkar olaydı.
Açılaydı hava, çəkiləydi çən,
Qarşımda alagöz Gülzar olaydı.
O maral duruşlu, o ceyran gözlü,
O işvəli, nazlı, o şirin sözlü.
O dünya gözəli, o ayna üzlü,
O könlü qürurlu dildar olaydı.
Məmmədhüseyn asılaydı boynuna,
Gizli, aşkar əl ataydı qoynuna.
Könül alıb çəkiləydi bir yana,
Bu möhüvü düzən o, yar olaydı.