Oldu (Aşıq Musa)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Oldu Müəllif: Aşıq Musa |
Ay ağalar, ay qazılar,
Görün mənə nələr oldu!?
Hücum etdi qəm ləşgəri,
Bağrım didər, dələr oldu.
Dursan gedək güllü bağa,
Bülbüllər qonur budağa.
Məcnun olub düşdüm dağa,
Yoldaşım ahular oldu.
Sən batırdın qəmə, yasa,
Ləblərindən mənə busa.
Həsrətindən yazıq Musa
Daha çətin gülər oldu.