Məzmuna keç

Oldu (Aşıq Talıb Dərələyəzli)

Vikimənbə saytından
Oldu
Müəllif: Aşıq Talıb Dərələyəzli
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.93; ISBN 978-9952-571-42-4

Ağla, könül, sızla, könül,
Maya xanım gedər oldu.
Daha bir də sağalmaram,
Mənim dərdim betər oldu.

Yar olan arxa çevirdi,
Taxtımı yana devirdi.
Bu necə murad dövrüdü,
Gəldi, mənə kədər oldu.

Talıb, kimə gümanın var,
Dağsan, başda dumanın var.
Sənin ahın-amanın var,
Qazandığın kədər oldu.