Oldu (Aşıq Valeh)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Oldu (Aşıq Valeh) Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Bu dəhri fanidə guşu kar olan,
Həyat boyu dövran sürən kim oldu?
On səkkiz min xilqət sirrin ayan et,
Beytullah binasın hörən kim oldu?
Necə cismi yaranıbdır atasız,
Süd əmməyib, yaşa dolub anasız.
Neçə səyyah yaşayıbdır binasız,
Bu suala cavab verən kim oldu?
Hansı əkizlərdir məşhur adı var,
Biri xəbər verən, biri hökmdar.
İkisinə nəsib oldu bir məzar,
Bu sözləri sual verən kim, oldu?
Hansı əza ibadətdə zay olub,
İki kəlmə, iki min bir say olub.
Aşıq Valeh gör kimlərə tay olub,
Təhiyyə ümmanın görən kim, oldu?