Məzmuna keç

Oldu (Mücrüm Kərim)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oldu
Müəllif: Mücrüm Kərim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Aman fələk, mürvət fələk, dad fələk,
Bidad fələk, zülmün nümayan oldu.
Gecələr əflakə1 yetişir naləm,
Günbəgündən halım pərişan oldu.

Hicranm evində qalmışam tənha,
Fələk verdi mənə dərdi-bidəva,
Hücumi-qəm etdi könlümü yəğma,
Hal-əhvalım gör bir nə yaman oldu.

Əzəldən taleyim dönüb idbara,
Əsirü sərgəştə, qaldım avara,
Qan ağla hər zaman Kərim biçara,
Cəfa çəkdim, ciyər dolu qan oldu.