Məzmuna keç

Oldum (Aşıq Bəsti)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oldum
Müəllif: Aşıq Bəsti
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Gecə-gündüz ağlamaqdan
Qəm evində dustaq oldum.
Bu dünyanın dərdi-qəmin
Yarı böldüm, ortaq oldum.

Bağ saldım, barm dərmədim,
Dolandım, bağa girmədim.
Ləl idim, sərraf görmədim.
Can çürüdü, torpaq oldum.

Bəsti, dünya olmayaydı,
Səni dərdə salmayaydı,
Bina tutub qalmayaydı,
Xoş günümdən iraq oldum.