Məzmuna keç

Olmadı (Xeyrulla Əli oğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmadı
Müəllif: Xeyrulla Əli oğlu
Xeyrulla Əli oğlu XIX əsrin 40-cı illərində Xilə qışlağında anadan olmuşdur.
Mənbə: Xeybər İgidəliyev. Vaxt gələr, axtarıb gəzərsiz məni (PDF) (az.). Bakı: "Elm və təhsil". 2014. 2017-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-25.

Alışdım odlara özüm içimdə,
Bu halımı bircə qanan olmadı.
Tək anam sızladı yaşmaq altında,
Açıqca dərdimə yanan olmadı.

Ah-naləli keçər təklərin günü,
Günü-gündən artar dağı, düyünü,
Göyləri yandırar əlacsız ünü,
Niyə köməksizə dərman olmadı?

Xeyrulla, yan, ağla, cır köynəyini,
Kim biləcək bu dərdini, qəmini?
Kim tapacaq bu işlərin çəmini?
Axtardım-aradım, duyan olmadı.