Olmasın (Aşıq Valeh)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmasın (Aşıq Valeh)
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Alı dərəsində Bekar olmasın,
Tez dağıdın o zalımın yolpasın.
İndi bilin bu necə insan imiş,
Surəti insan, özü şeytan imiş.
Desən əgər heyvana oxşar Bekar,
Barxana altında Bekar olar xar.
Deyər nə zülmüdür bizə eylədin,
Oxşarımız Bekar deyə söylədin.
Bir belə də barxana vur dalıma,
Tək məni oxşatma elə zalıma.
Bir Qalacan da sür, o yana apar,
Tək demə ki, heyvana oxşar Bekar.
Getsək burdan Məlikvanın yanına,
Barxananı düşürtsək eyvanına,
Orda da bir dürəng kəlbi var idi.
Ağzı yekə, qolları həmsar idi.
Söyləmiş olsam Bekar oxşar sənə,
Yalını qızardıb soxular mənə.
Deyər gözüm onun gözündən gözəl,
Deyər özüm onun özündən gözəl.
 Bu şəbehi üstümüzdən atkınan,
Yenə onu donquza oxşatkınan.
Donuz deyər: əslində filzadayıq,
Nuh-nəbidən bəri bu dünyadayıq.
Yenə ləvənd oğlu ayı hallıdır,
Özü ağır ayağı samballıdır.
Ayı bilsə gələr donquz yanına.
Cəmdəyin boyayar qızıl qanına,
Deyər ölərəm mən, ayı olmaram.
Hiyləgar Bekarın tayı olmaram.
İstəyir o bizim adı batıra,
Bədhuyları oxşadarlar qatıra.
Valeh həcv dedi Bekar adına,
Söz deyənin rəhmət ustadına.