Olmasa (Şair Bəşir)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmasa (Şair Bəşir) Müəllif: Şair Bəşir |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
(nöqtəsiz)
Daha könlüm murad almır,
Aləmdə var olmasa;
Olar gəda, gələr gülər
Ürəkdə ar olmasa.
Mərd dura ərsədə gərək,
Səd vura öldürməyə;
Hər kəs gəlsə, həm kam alar,
Əgər kor-kar olmasa.
Al gəlirəm, gördüm harda
Mərd var olsa, mərd görəm;
Əldə var dava gəlirəm,
Vuram harda dərd görəm;
Allahi Məhəmməd əla
Vali Məhəmməd görəm;
Mahı harda görmək olar,
Gər mədətkar olmasa.
Dədəm gəlmir, əmim gəlmir,
Dostlarım harda gələr!?
Görərik ki, qohum harda
Olsa da, darda gələr.
Mərdi-mövla olmasa,
Ölsəm, mur-kar da gələr.
Əməllərim gülə-gülə
Əldə hasar olmasa.
.............................................
(Şeirin davamı əldə olunmayıb)