Olmasaydı

Vikimənbə saytından
Olmasaydı
Müəllif: Məzun
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Olmazdı hüsnün cilvesi,
Eşqi-əzəl olmasaydı.
Ucalmazdı eşqin sesi
Rəna gözel olmasaydı.

Əcəb alemdir bihuşluq,
Moşuqinəm badənuşluq,
Rəsm olmazdı aşıqkeslik
Honah el olmasaydı.

Çıxmazdı Ferhad tütünü,
Sevməzdı eşqin odunu.
Doğramazdı Bisütunu
Şirin əwəl olmasaydı.

Bülbül çıxmazdı gülzardan,
Kam almazdı ahu zardan,
Heç yar aynlmazdı yardan
Əgər əcel olmasaydı.

Aşiq olan gərək yana,
Yana, can verəcanana,
Əbes yanmazdı pərvanə
Şəmi-meşəl olmasaydı.

Gəl; görək cünun düzünü,
Eşidək Məcnun sözünü.
Kim ne tamrdı Məzunu
Şerii qəzəl olmasaydı.