Olmaz-olmaz
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmaz-olmaz Müəllif: Usta Abdulla |
Mənbə: Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 31-32 |
Yaxşıya bəd demə, düz demə nəsə,
Çalış toxunmasın sözün bir kəsə.
Kökü yerdə olub Günəş görməsə,
Hər bitən ağacda bar olmaz-olmaz.
Şirə döşürsən də sən ətək-ətək,
Arı bal toplamaz olmasa pətək.
Uca ağaclarda bar olmayantək,
Namussuz sifətdə ar olmaz-olmaz,
Sənətkar, sözün yaz, durma fəth eylə.
Gəzib yaylaqları sən gülə-gülə,
Fəqət bağlanmasan obaya-elə,
Bil sözün dillərdə car olmaz-olmaz.