Olmaz (Aşıq Molla İsmayıl)

Vikimənbə saytından
Olmaz
Müəllif: Aşıq Molla İsmayıl
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Dəli könlüm, nə divana gəzirsən?
Biçaradı, ondan sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi, peymanı,
Hərcayıdı, onda düz ilqar olmaz!