Məzmuna keç

Olmaz (Aşıq Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz
Müəllif: Aşıq Qurbani
Mənbə: Niftalı Göyçəli. GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA. davam.az saytı


 
Laf eyləmə felli dərviş,
Belə kar eyləmək olmaz.
Yıxıban könlüm evini
Murğuzar eyləmək olmaz.

Dərdini de bilənlərə,
Dərd başına gələnlərə.
Hər üzünə gülənlərə
Etibar eyləmək olmaz.

Qurbaniyə verdin məzə,
Dərdini artırdın yüzə.
Dərd biləni dərdbilməzə
Giriftar eyləmək olmaz.