Məzmuna keç

Olmaz (Miskin Abdal)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz
Müəllif: Miskin Abdal
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Sultanım fərmanı, paşa qəzəbi...
Paşam, mürvət eylə, belə kar olmaz.
Üzdü məni bu yolların əzabı,
Paşam, mürvət eylə, belə kar olmaz.

Canım qoydum mürşüdümün yolunda,
Sərdakərdan qalmışam Urum elində,
İslam bada gəlir cəllad əlində,
Paşam, mürvət eylə, belə kar olmaz.

Cüda Miskin çəkər qəmi-möhnəti,
On iki imamdı Peyğəmbərin züryəti,
Sünnü, şiə Məhəmmədin hümməti,
Paşam, mürvət eylə, belə kar olmaz.