Məzmuna keç

Olmaz (Qara Kərim)

Vikimənbə saytından
Olmaz
Müəllif: Qara Kərim

  
Deyirlər ki, hər şey çəkər cinsinə,
Sarı əldə saxlamaqla baz[1] olmaz!
Bədəsilə əmək çəkmək əbəsdir,
Qalayçıdan sənə minasaz[2] olmaz.

Borc çörək alsa da qardaşdan bacı,
Verəndə yaxşıdı, alanda acı,
Rəndəyə çəksən də əyri ağacı,
Binadan əyridir, daha düz olmaz!

At yerinə eşşək çəkən tövləyə,
Yaramaz ki, düşmən üstün hövləyə,
Boz söyüddən təndir, kürddən övliya,
Ala qarğa suda çimsə, qaz olmaz.

İstinadlar

[redaktə]
  1. şahin (ov quşu)
  2. zərgər