Olmaz (Ululu Kərim)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
←Dağlar | Olmaz Müəllif: Ululu Kərim |
Yaxşıdır→ |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Fürsət əldə ikən yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz!
Gəl güvənmə dövlətinə, malına,
Mala, mülkə, ömrə ehtibar olmaz.
Dörd yanımız bağça ola, bağ ola,
Sinəm üstü düyün ola, dağ ola,
Bir kiçik ki, böyüyünə ağ ola,
Düşər el gözündən, bəxtiyar olmaz.
Özündən böyüyün gözlə yolunu,
Soruşub xəbər al, hal-əhvalını,
Əmanət saxla sən, qonşu malını,
Qonşu istəməyən özü var olmaz.
Ululu Kərim der, axtaran tapar,
Bir könülü yapan Kəbəni yapar,
Sən çalış işini haqq ilə apar,
Haqdan qeyri-kimsə sənə yar olmaz.