Məzmuna keç

Olmaz (qoşma, Dirili Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz (qoşma, Dirili Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qəm yemə bu qədər divanə könlüm,
Həmişe nızigar belə dar olmaz.
On bir ay çəkesən zimistan qehrin,
Necə güldür çövresinde xar olmaz?!

Hər bir adam öz yerində oturmaz,
Əqlin zaye vermez, fəhmin itirməz.
İgidlər könlünə şikve getirməz,
Necə dağdır quzeyində qar olmaz.

Siyah zülfu daraq ilə dara gör,
öz könlünü öz derdinə dara gör,
Qurbani der: bir neçəsin dəre gör,
özgə bağda belə heyva, nar olmaz.

Sənsən Qurbaninin gül üzlü yan,
Qalsa qurbət eldə artar azarı,
Sağ olsun dünyada vəfalı yarı
Bir mən ölməyilən dünya tar olmaz.