Olmuş (Aşıq Rəcəb)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmuş Müəllif: Aşıq Rəcəb |
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31. |
Qazılar canımda arzuman qalmış,
Mənim yarım əğyarinən yar olmuş.
Gözlərim qan-yaş tökmüş, bidad eyləmiş,
Həmişə dilimdən ahu-zar olmuş.
Cavan ölmüş, məni atəşə salmış,
Atmış peykan oxu, bağrımı dəlmiş.
Tiğa almış əlinə, gərdanə çalmış,
Necə qanlar etmiş o xun-xar olmuş.
Sinən təzə yağmış bəyaz qar imiş,
Qoynundakı yumru-yumru nar imiş.
Çünki qələm yazmış beylə var imiş,
Mənsur təki çəkmiş məni dar olmuş.
Cünun olmuş canın fəda eyləmiş,
Dürlü yarım məni gəda eyləmiş.
Qəsdi durmuş, məni cüdu eyləmiş,
Yurdundan oynatmış dərbədər olmuş.
Rəcəb çox Huriyə iltica etmiş,
Gözləmiş yolları, gəlməmiş batmış.
Məni bəgənməmiş, sən ona getmiş,
Görüm o da məni təki kor olmuş.