Məzmuna keç

Olmuş məqami zülfi-pərişanı könlümün

Vikimənbə saytından
Olmuş məqami zülfi-pərişanı könlümün
Müəllif: Abdulla bəy Asi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Olmuş məqami zülfi-pərişanı könlümün,
Bir dəm kəsilməz ah ilə əfğanı könlümün.

Rəhm eylə, səxt dəymə, səba, tari-muyinə,
Ol picu tabə tabı gorum hanı könlümün.

Motad olub qara gunə zülfündə xoş kecər,
Min zulm yetsə, şami-qəribanı könlümün.

Zunnar zulfunə uyuban küfrə uğradı,
Salim qalır nə nov bəs imanı könlümün.

Kuyində, Asiya. bu qədər nalə eylərəm,
Təsir edərmi ol məhə əfganı könlümün?