Olmuşam (Nəbi-Şenlik)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmuşam
Müəllif: Şair Nəbi BorçalıAşıq Şenlik
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14.

Aşıq Şenlik:
Ta əzəldən qətrə ikən bəhri ümmün olmuşam,
Heç tükənməz xəzinədən ləli-mərcan olmuşam.
Söylənər cümlə cahanda şanı-şöhrətim mənim,
Aşiqlərin arasında natiq-lisan olmuşam.

Şair Nəbi Borçalı:
Mey nuş etdim pir əlindən, meyi-məsdan olmuşam,
Gecə-gündüz nar içrəyəm, misli pərvan olmuşam.
Bax əzazil mənlik edir, indi qalar lal təki,
O səbəbdən aləm içrə xaki-yeksan olmuşam.

Aşıq Şenlik:
Eşq içrə qəvvas olub, ya bəhrə, dalsam gərək,
Çarə budur aqibətin, sazını alsam gərək.
Çevirib hər tərəfə, qanadın yolsam gərək,
Sən kimi sərçə önündə misli-tərlan olmuşam.

Şair Nəbi Borçalı:
Əgər ki, aşıq isən hərf oxu, imlanı gör,
Sən bir axan çeşmə ikən mühiti-dəryanı gör,
Öz–özünü şahin sanma, zümrüdü-əfqanı gör,
Zərrəcən verməm əman, mərdi-meydan olmuşam.

Aşıq Şenlik:
Şenliyəm, belə lafdan çəkərəm qovğaları,
Nə yerdə aşıx görsəm, edərəm sualları,
Çoxlarını mətəl etdim, sən kimi ustadları,
Düşməndən geri dönməz, mən bir aslan olmuşam.

Şair Nəbi Borçalı:
Adımdı Şair Nəbi, sənətin binasıyam,
Sərraf olsa, bu məkanda aşıqların xasıyam.
Aşıq olub, el gəzmişəm, mən elin anasıyam,
Tutmuşam meydanını, dönməz pəhlivan olmuşam.

%25 tamamlandı