Olmuşam (Xəstə Bayraməli)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmuşam Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Mən elə kimsəyəm aşiqə bənzər,
Könlüm əhli-haldı, dilim dərdi-sər,
Səndən ayrılalı, a nazlı dilbər,
Sanki səmaları dansız olmuşam.
Sədaqətin töhfəsidir bu halım,
Can evində səninlədir vüsalım,
Varlığınla tamamlanıb xəyalım,
Ümmanlar içində sonsuz olmuşam.
Bir nəğmədi ürəyimin hər simi,
Ellər məclisində qurur kürsümü.
Gəlsin deyim Məcnunlara dərsimi,
Mən eşqimdə çox amansız olmuşam.
Bayraməli yaranıbdı dözümlə,
Surətini gəzdirirəm gözümlə.
Məclisləri bəzəyərkən sözümlə,
Həsrətindən pasibansız olmuşam.