Olmusan (Miskin Abdal)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmusan Müəllif: Miskin Abdal |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,
Haçan yardan yarımısan, sevilib bay olmusan?
Sən dərvişsən haqq yolunda haqqı istə, haqqı sev,
Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.
Yar olsam da incimə gəl, Ulu tanrı bağışlar,
Dərgahında apaydındı bu cizgilər, naxışlar,
Qoy didəndən sel-sel axsın yenə leysan yağışlar,
Axır məhşər görəsən ki, köpüklü çay olmusan.
Çay olmağın paklığındı, durma yuyun paka çıx,
Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq,
Miskin Abdal, dolansan da ayaqyalın-baş açıq,
Zər qədrini zərgər bilər, zaylara say olmusan.