Olsa (Aşıq Seyid İbrahim)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olsa Müəllif: Aşıq Seyid İbrahim |
Mənbə: Aşıq Məhərrəm Hüseynli. "Seçilmiş əsərləri. II kitab". “MBM” (az.). azkurs.org. 2014. İstifadə tarixi: 2020-04-13. |
Hörmətini itirərsən,
Dediyin söz, yalan olsa.
Hər cür nifrət götürərsən,
Söyləyəni balan olsa.
Uca dağları aşasan,
Haqq işiylə barışasan.
Bülbül olub yarışasan,
Gül nəğməsi çalan olsa.
İbrahiməm, gözlə pərdə,
Vaxtsız duçar olma dərdə.
Ümidlə bax, yaxşı mərdə,
Könül evin talan olsa.