Məzmuna keç

Olsun (Abdulla Padarlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olsun
Müəllif: Abdulla Padarlı
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Bulud göydə düzüm-düzüm düzülür,
Get gözəl, səfərin mübarək olsun.
Gözlərimdən abi-neysan süzülür,
Get gözəl, səfərin mübarək olsun.

Nə tutmusan qızıl yəhər qamışdan,
Qəm çəkmə sən, gözdən axan yaşımdan.
Sən ki getdin, ağlım gedər başımdan,
Get gözəl, səfərin mübarək olsun.

Sən ki varsan, bu aləmin alısan,
Cümlə bu dünyaya şəfəq salısan.
Yüz il getsən Abdullahm yarısan,
Get gözəl, səfərin mübarək olsun.